ABŞ-da fəaliyyət göstərən Politico nəşri Co Bayden administrasiyasının İsrail və HƏMAS arasındakı münaqişələrə humanitar fasilə verəcək kompromisdən sonra jurnalistlərin bölgəyə girişinin Qəzzadakı vəhşiliyi daha da üzə çıxaracağından narahat olduğunu yazıb.
Elchi.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Politico yayım kanalının hesabatında vurğulanıb ki, ABŞ administrasiyası İsrail və HƏMAS arasındakı münaqişələrə humanitar fasilə verəcək kompromisdən “narahatdır”.
Xəbərdə Bayden administrasiyasının öz partiyası daxilindən gələn “atəşkəs” çağırışlarına məhəl qoymadığı və əsirlərin azad edilməsini ön planda tutduğu, ABŞ rəhbərliyinin isə məhbus mübadiləsi tam reallaşana qədər məsələyə ehtiyatla yanaşdığı bildirilib.
Şayəstə Hüseynova






