Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin saxlanmasına görə məsuliyyəti Avropa İttifaqı ölkələrinin üzərinə atmağa çalışır. Elchi.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
O, Almaniyanın Kiyevə hərbi yardımı ikiqat artırmaq niyyətini izah edib: “Görünür, indiki şəraitdə ABŞ Zelenskinin saxlanması xərclərini öz Avropa peyklərinə köçürməyə çalışır”.
Zaxarova daha əvvəl bildirib ki, Qərb 2022-ci ilə qədər baş verənlərin hamısını Ukrayna tarixindən siləcək. Onun sözlərinə görə, Kiyevin müttəfiqləri Avromaydan onilliyindən sükutla keçir və bu tarixi görmürlər.
Havar Şəfiyeva






