UCAB-ın baş direktoru Xomenko: Polşa-Ukrayna sərhədində vəziyyət kritikdir.
Elchi.az xəbər verir ki, Polşa-Ukrayna sərhədində vəziyyət iqtisadiyyat üçün kritik hala gəlib. Bunu RBC-Ukraynaya müsahibəsində Ukrayna Kənd Təsərrüfatı Biznesi Klubunun (UCAB) baş direktoru Oleq Xomenko deyib.
“Sərhəddə vəziyyət çox kritikdir, minlərlə yük maşını sərhədin hər iki tərəfində növbələrdə dayanır”, – Xomenko bildirib. Onun sözlərinə görə, Avropadan Ukraynaya məhsul axını xeyli azalıb və bu, əlavə xərclərə səbəb olub.
Şayəstə Hüseynova






