İsrail 2023-2024-cü illərdə Fələstinin radikal HƏMAS hərəkatı ilə münaqişəyə təxminən 48 milyard dollar xərcləyəcək. Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg”ə Leader Capital Markets maliyyə şirkətinin məlumatlarına istinadən məlumat verib.
Qeyd olunur ki, İsrail münaqişənin ümumi xərclərinin üçdə ikisini, qalan hissəsini isə ABŞ ödəyəcək.
Bundan əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller İslam ölkələrinin çağırışlarına baxmayaraq, ABŞ-ın İsrailə silah tədarükünü davam etdirəcəyini bildirib. O, həmçinin aydınlaşdırıb ki, Konqres hazırda İsrail və Ukraynaya əlavə yardım sorğusuna baxır.
Havar Şəfiyeva






