Xarici Əlaqələr üzrə Avropa Şurasının baş elmi işçisi, alman hərbi ekspert Qustav Qressel “Deutsche Welle” telekanalının studiyasında Almaniya kansleri Olaf Şolts və ABŞ prezidenti Co Baydenin Ukrayna münaqişəsini uzunmüddətli perspektivdə dondurmaq istədiklərini bildirib.
Elchi.az bu barədə Ria.ru-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, Qərbdəki insanların çoxu da cəbhədəki dalana dirənişin atəşkəsə gətirib çıxaracağını gözləyir. Eyni zamanda, Qressel Ukrayna prezidenti Volodimir Zelenskinin danışıqlara hazır olmadığını deməyə davam etməsinin səbəbini izah edib.
“O, bilir ki, müharibənin yalnız iki nəticəsi var – ya Ukrayna, ya da Rusiya qalib gələcək”, – deyə ekspert bildirib.
Analitik fikirlərinə davam edərək Rusiya prezidenti Vladimir Putinin təslim olmayacağını və ümidsiz vəziyyətə can atmayacağını vurğulayıb. Qressel Rusiyanın qələbə qazanacağına əmin olduğunu bildirib.
Yeganə






