Paytaxt Dublində məktəb qarşısında törədilən bıçaqlı hücumdan sonra törədilən zorakılıqlarda 11 polis maşını, 3 avtobus və 1 tramvayın yandırıldığı, 13 mağazanın ağır zədələndiyi və ya talan edildiyi, 34 nəfərin saxlanıldığı açıqlanıb.
Elchi.az xəbər verir ki, İrlandiyanın paytaxtı Dublinin Parnell meydanında məktəb qarşısında bıçaqlı hücumdan sonra küçələri döyüş meydanına çevirən şiddətli hadisələrin balansı açıqlanıb.
İrlandiya Polis Departamentindən Dryu Harris keçirdiyi mətbuat konfransında 11 polis maşını, 3 avtobus və 1 tramvayın yandırıldığını, 13 mağazanın ciddi şəkildə zədələndiyini və ya talan edildiyini açıqlayıb. Harris hadisələrlə əlaqədar 34 nəfərin nəzarətə alındığını və yerli vaxtla 20.30-21.00 arasında sülhün bərpa olunduğunu bildirib. Harris bir çox polisin yaralandığını, onlardan birinin ağır olduğunu da bildirib.
İrlandiyanın Ədliyyə Naziri Helen MakEnti açıqlamasında bəzi şəxslərin faciəvi hadisədən istifadə etdiyini ifadə edərək, “Bu dəhşətli hücumdan separatizm toxumu səpmək və şəhərimizin mərkəzini müharibə zonasına çevirmək üçün istifadə edən bir qrup insan, quldur və cinayətkar var.”
Nuranə Məmmədova






