Baş nazir aydınlaşdırıb ki, bu məsələ ilə bağlı Rusiya Federasiyası ilə məsləhətləşmələr aparılır.
Elchi.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya artıq pulu ödənilmiş silahları respublikaya göndərməyib. Onun sözlərinə görə, mövcud vəziyyətin həlli üçün məsləhətləşmələr aparılır.
“Ödənişlər müqabilində silah və texnikanın verilməməsinə gəlincə, təbii ki, belə problemlər var”, – deyə baş nazir bildirib.
O aydınlaşdırıb ki, hazırda danışıqlar aparılır və mövcud vəziyyətdən çıxmaq üçün bir neçə variant nəzərdən keçirilir. Onlardan biri, Paşinyanın fikrincə, ödənilən məbləğ müqabilində Ermənistanın Rusiyaya olan borcunu azaltmaqdır.
“Biz işləməyə hazırıq, ümid edirik ki, müzakirələr konkret nəticələr verəcək”, – siyasətçi vurğulayıb.
Son vaxtlar İrəvandan Moskva üçün xoşagəlməz bəyanatlar eşidilir. Belə ki, Ermənistan parlamentinin sədri Alen Simonyan bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi barədə məlumat vermişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, Ermənistan hakimiyyəti Qərbin təhriki ilə öz xarici siyasətinin istiqamətini dəyişmək niyyətini nümayiş etdirir.
Şayəstə Hüseynova






