Moskva Belqradla əlaqələri yüksək qiymətləndirir və onları inkişaf etdirəcək, Rusiya prezidentinin mətbuat katibi qeyd edib.
Elchi.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya və Serbiyanın xüsusi tərəfdaşlığı var və Moskva Belqradın üzləşdiyi təzyiqləri anlayır.
“Biz Serbiyanın içindəki mühiti başa düşürük. Serblər üçün çox çətindir – onlar daimi təzyiq altındadırlar. Serbiya ilə bizim xüsusi münasibətimiz, tərəfdaşlığımız var. Biz onları yüksək qiymətləndiririk və bundan sonra da inkişaf etdirəcəyik”, – Rusiya prezidentinin mətbuat katibi jurnalistlərə bildirib.
Şayəstə Hüseynova






