İrlandiyanın Baş naziri Leo Varadkar noyabrın 23-də Dublində baş verən iğtişaşlardan sonra hakimiyyət orqanlarının nifrət əleyhinə qanunlara yenidən baxılacağını açıqlayıb.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
O, əlavə edib ki, İrlandiya qanunu sosial media yaşı üçün çox köhnəlmişdi və həftələr ərzində yenilənməlidir. Noyabrın 23-ü axşam Dublində miqrantın bıçaqla üç uşağa və bir qadına hücum etməsi səbəbindən iğtişaşlar baş verib. Noyabrın 24-ü səhərə yaxın iğtişaşlar artıq başa çatmışdı.
Hücumun Əlcəzairli miqrant olduğu güman edilir. Noyabrın 23-ü axşam saatlarında insidentin əvvəl baş verdiyi Parnell meydanına toplaşan insanlar bir neçə polis əməkdaşına hücum edərək, onlara pirotexniki vasitələr ataraq ən azı bir nəfəri yaralayıb. İğtişaşçılar polis maşınlarından birini də yandırıblar. Qırğından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 34 nəfəri saxlayıb.
Yeganə






