Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar qardaş Türkiyədə təşkil edilən anım mərasimlərində iştirak etmək
üçün tanınmış jurnalist, “Tərəqqi”medalının mükafatçısı Şamil Sabiroğlu başda olmaqla “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin bir qrup fəal üzvü İstanbula yola düşüb.Onlar fevralın 23-də Amasya Universitetində bu ali təhsil ocağının, “Azerbaycan Türkleri Kültur-Sanat ve Dayanışma Dernegi”nin və “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin birgə təşkil etdikləri mərasimdə iştirak edəcəklər.Daha sonra, Eskişehirde, İstanbulda və İğdırda keçirilən anım mərasimlərində Xocalıdan olan məcburi köçkünlərin iştirakı ilə maraqlı çıxışlar olacaq.
Şamil Sabiroğlu ilə yanaşı, Birliyin İdarə heyətinin üzvü Oqtay Abdullayev, Birliyin Humanitar Məsələlər şöbəsinin müdiri Dilbər Sultanova, Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkün,doktor Aqil Məmmədov, Birliyin Binəqədi rayon şöbəsinin sədri(ictimai əsaslarla),Xocalıdan məcburi köçkün Ayna xanım Novruzova, Xocalıdan məcburi köçkün,şəhid bacısı Gülabə xanım Abdullayeva da var.
Səfər fevralın 28-dək davam edəcək.
Şamilə Şamilqızı
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb
Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...



