"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Belarusda “Azərbaycanın xalçaçılıq sənəti” adlı təqdimat keçirilib

25 Noyabr 2023 - 08:32
in MƏDƏNİYYƏT

Belarusda fəaliyyət göstərən səfirlər, diplomatlar və xarici nümayəndələrin həyat yoldaşlarından ibarət Minsk Beynəlxalq Qadınlar Klubu çərçivəsində Azərbaycan mədəniyyətinin təbliğ olunması məqsədilə “Azərbaycanın xalçaçılıq sənəti” adlı təqdimat keçirilib.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Azərbaycanın Belarusdakı səfirliyindən Elchi.az-a bildirilib ki, tədbirdə səfir Ülvi Baxşəliyevin həyat yoldaşı, Almaniya, Türkiyə, İran, Pakistan, Gürcüstan, Suriya, Fələstin, Qazaxıstan, Moldova səfirlərinin həyat yoldaşları, Gürcüstan səfirliyinin müşaviri, Xorvatiyanın Belarusdakı fəxri konsulunun həyat yoldaşı, eləcə də səfirliyin diplomatlarının həyat yoldaşları da iştirak ediblər.

Əvvəlcə səfirin həyat yoldaşı Könül Qəhrəmanova tədbiri açaraq, Azərbaycanın zəngin mədəni irsində xalçaçılıq sənətinin mühüm yer tutduğunu, nəsildən-nəslə ötürülən bu xalq yaradıcılığı sənətinin 2010-cu ildə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edildiyini bildirib. Azərbaycanda xalçaçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayan K.Qəhrəmanova, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin istifadəyə verilməsi, xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında məlumat verib. Həmçinin xalçaçılığın sənət və elm sahəsi kimi bir sıra təhsil müəssisələrində tədris edildiyini vurğulayıb.

Daha sonra səfirliyin üçüncü katibi Mina İmanova “Azərbaycan xalçaçılıq sənəti” adlı təqdimat edib. M.İmanova hazırlanma texnologiyasına görə fərqlənən xovlu və xovsuz xalçalar, eləcə də onun ayrı-ayrı növləri, Azərbaycanda tarixən formalaşmış 7 xalçaçılıq məktəbi, onları fərqləndirən xüsusiyyətlər haqqında ətraflı məlumat verərək, hər bir məktəbə məxsus xalça nümunələrini nümayiş etdirib. Həmçinin Azərbaycanın dünya mədəni irsinə töhfəsi hesab olunan, hazırda bir sıra xarici ölkələrin muzey və fondlarında saxlanılan xalça nümunələri haqqında da tədbir iştirakçılarını məlumatlandırıb.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanın turistik imkanlarını, mədəniyyətini və təbiətini, eləcə də “Xarıbülbül” festivalında Qarabağ atlarının iştirakı ilə Azərbaycan milli rəqs nümunələrini əks etdirən videoçarxlar da nümayiş olunub. Həm Azərbaycanın mədəniyyət paytaxtı, həm də musiqi beşiyi sayılan Şuşanın Bülbül, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan kimi tanınmış bəstəkar, musiqiçi və yazıçıların vətəni olması vurğulanıb, ilk dəfə 1989-cu ildə keçirilən “Xarıbülbül” musiqi festivalına torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğalından sonra uzun illər ara verildiyi təəssüflə qeyd olunub, Şuşanın 2020-ci ildə işğaldan azad edilməsi ilə tarixən şənliklərin və idman oyunlarının keçirildiyi “Cıdır” düzünün yenidən bu festivala ev sahibliyi etdiyi iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra caz-muğam sintezinin banisi, Azərbaycanın məşhur pianoçusu Vaqif Mustafazadənin əsərləri səsləndirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Alimlər kosmosda naməlum təbiətli güclü şüa qeydə alıblar

Next Post

Bred Pitt və Ancelina Colinin malikanəsi hərraca çıxarılacaq

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post
Bred Pitt və Ancelina Colinin malikanəsi hərraca çıxarılacaq

Bred Pitt və Ancelina Colinin malikanəsi hərraca çıxarılacaq

Azərbaycan Ukraynaya “Revival P” minaaxtaran maşını verib

Azərbaycan Ukraynaya “Revival P” minaaxtaran maşını verib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.