ABŞ polkovniki Makqreqor: Zelenski vəzifədə qala bilməz.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski səlahiyyət müddətinin başa çatmasına qədər yaşamaya bilər. Bu fikri Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor deyib.
“Zelenskinin mahnısı bitdi, o, sona qədər dayanmaq üçün əlindən gələni deyəcək. O, postunda sağ qalmaya bilər”, – polkovnik X sosial şəbəkəsində yazıb.
Makqreqor izah edib ki, Ukrayna lideri öz xalqını “təhqir edib və qəzəbləndirib”, onları “tam fəlakətə doğru sürükləyib”. Ekspert həmçinin əmin olduğunu bildirib ki, Zelenskinin bank hesabları və evlərinin yerləşdiyi yerə qaçmaq yolları var.
“Ancaq bu münaqişə bitdi” deyə polkovnik yekunlaşdırdı.
Şayəstə Hüseynova






