ABŞ prezidenti Co Bayden Ağ Evdəki çıxışında Fələstinin HƏMAS qruplaşmasını İsrailə hücuma sövq edən səbəblə bağlı spekulyasiya edib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Deyəcəklərimi sübut edə bilmərəm, amma düşünürəm ki, HƏMAS-ın zərbəsinin səbəblərindən biri onlar bilirdilər ki, mənim İsraillə barışmaq üçün Səudiyyə Ərəbistanı və digər region ölkələri ilə çox yaxından işləyirəm”.
Bayden “Böyük 20-lik” sammitində bütün Yaxın Şərqdə Ər-Riyaddan Səudiyyə Ərəbistanına, İsrailə və s. yeraltı boru kəmərinin və dəmir yolunun tikintisi planlarından bəhs edən qətnamənin qəbuluna necə nail olduğunu xatırladıb.
“İdeya belə idi. Böyük maraq var və düşünürəm ki, ərəb ölkələrinin əksəriyyəti bundan xəbərdardır ki, uzunmüddətli sülhə nail olmaq üçün regionun dinamikasını dəyişmək üçün bir-biri ilə hərəkətləri əlaqələndirsinlər. Və bunun üzərində işləyəcəyəm”,-deyə Bayden bildirib.
Bayden İsrailin baş naziri Benyamin Netanyahunu qanuni hədəfi olan HƏMAS-ı məhv etməyə çalışarkən qurbanların sayını azaltmağa diqqət yetirməyə çağırdığını da bildirdi.
ABŞ prezidentinin sözlərinə görə, bu, çətin bir işdir və bunun nə qədər vaxt aparacağını bilmir.
Bununla bağlı Bayden ümid etdiyini bildirib ki, ərəb dünyası və regionun qalan hissəsi də bu prosesi ləngitmək və ona ən qısa zamanda son qoymaq üçün bütün tərəflərə təzyiq göstərəcək.
Yeganə






