"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu gün gələcəyin jurnalistləri qabiliyyət imtahanı verəcəklər

31 İyul 2014 - 08:44
in XƏBƏR LENTİ

Zeynal Məmmədli: “Bu imtahan söz və ifadə azadlığı ilə bağlı təməl qanunla uyuşmur”img1610758

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Kriteriyalar dəqiq deyil, Münsiflər Heyətində kimlər təmsil olunacaq, bilinmir…”

Xəbər verdiyimiz kimi, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. Detallara nəzər salanda bəlli olur ki, imtahan 2 saat 30 dəqiqə müddətində aparılacaq. Jurnalistika ixtisasına qəbul olmaq üçün 569 abituriyent qeydiyyatdan keçib. Onlardan 441 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb.
Abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.
İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir.
Azərbaycanda sovet dövründən bəri ilk dəfədir ki, jurnalistika fakültəsinə qabiliyyət imtahanı keçirilir. Daha öncə bu məsələ ilə bağlı ciddi müzakirələr aparılıb və onu müdafiə edənlərlə yanaşı, tənqid edənlər də olub.
Media eksperti Zeynal Məmmədli hesab edir ki, jurnalistika fakültəsinə qəbul zamanı yaradıcı imtahanın verilməsi yersizdir. Müsahibimiz sovet dövründə keçirilən imtahanın özəlliklərinə toxundu: “Sovet dövründə bu, şifahi söhbət xarakteri daşıyırdı. Abituriyentdən jurnalistika ilə bağlılığını, maraq dərəcəsini, jurnalistikanı, kimləri izlədiyini, hansı mətbuat orqanı ilə tanış olduğunu, kimi kumir seçdiyini soruşurdular. Buna görə də bir bal müəyyənləşdirilirdi. Ondan sonra bir neçə mövzu üzrə yazı turu keçirilirdi. Həmin yazı turunda da sərbəst yazılar olurdu. İki turun nəticələrinə görə, bu, qiymətləndirilirdi. Bundan başqa, daha öncədən abituriyentin çap olunmuş materialları olmalıydı. Yəni əslində üç mərhələ sayılır: çap materialları, şifahi söhbətdə dünyagörüşünün səviyyəsi və yazı texnikası. Bütün bunlarla yanaşı, tanışlıq faktoru da rol oynayırdı. Kimin mətbuatda tanışı vardısa, yazısını asanlıqla çap etdirirdi. Nəticədə isə şifahi imtahandan da keçirdi, yazılıdan da”.
Z.Məmmədli hesab edir ki, yaradıcı turun aparılması söz və ifadə azadlığı ilə bağlı təməl qanunla uyuşmur. Onun sözlərinə görə, jurnalistika dünyada yeganə ixtisasdır ki, bu sahədə lisenziyasız işləmək olar: “Vacib deyil ki, sən bu sahədə oxuyasan, bu sahədə oxuduğunu təsdiqləyəsən. Qısamüddətli kurslar var ki, etika ilə tanış olursan, professional məqamları öyrənirsən. Konkret sahəni bitirmiş adam üçün də bu yaxşıdır ki, bu sahədə ixtisaslaşır. İndiki halda 17-18 yaşında abituriyentlərin nə dünyagörüşü var ki, bilək bu, çox yaxşı bir inşa yazıdı. Jurnalistikada əsas kriteriya yalan və ya doğru yazmaqdır. Burada bu, uydurma təxəyyüllə yazacaq. Bu, özünü real həyatda necə göstərəcək? Real həyatda həmin jurnalist namizədinə təsir edən min cür faktorlar var. Mən gözəl, amma yalan yazıma görə imtahandan keçəcəyəm. Amma o birisi  doğru, yazı texnikası baxımdan zəif olan məqaləsinə görə keçməyəcək? Doğrunu yaz, amma pis yaz daha önəmlidir, nəinki yalan yaz, amma yaxşı yaz. Ona görə də bu yaradıcı tur ancaq işə qəbulda həyata keçirilməlidir”.
Z.Məmmədli xatırlatdı ki, sovet dönəmində yaradıcı turların keçirilməsinin səbəbi fərqli idi. Belə ki, həmin vaxt jurnalistika fakültəsinə stajsızlar qəbul edilmirdi: “Stajsızlar üçün az limit müəyyənləşdirmişdilər. Heç 10 faizi də keçmirdi. Təsəvvür edin ki, minimum 2 il staj tələb olunurdu. Bundan başqa, həmin illərdə Moskavada yaradıcı imtahan da başqa cür keçirilirdi. Abituriyenti aparırdılar bir olayın içinə, məsələn, bir zavoda. Hamı o yerə gedib, ordan bir reportaj hazırlayırdı. Amma bizimki götürüb mövzu verirdi. O dövrdə də Azərbaycanda bu məsələdə tanışlıq, rüşvət öz rolunu oynayırdı. İndi də eyni qaydada davam edir. Bizim hansı təminatımız var ki, bu imtahanlar tanışlıqla aparılmayacaq? Hansı qarantiyamız var ki, burda da ancaq həqiqəti yazmaq istəyən, prinsipal, öz xətti olanlar qəbul olunacaq? Hardan bilirik ki, şəraitə uyğunlaşanlar, buyruq qulu olanlar, imtahandan keçmək üçün ölkədəki problemlərdən obyektiv yazmayanlar keçməyəcək? Mən indiyə kimi bunun əleyhinə idim. Məleykə Abbaszadənin də Allah canını sağ eləsin, dolayısı ilə məni müdafiə edirdi. Bu il meydan boş qalıb”.
Z.Məmmədlinin fikrincə, Azərbaycandakı şəraitdə ictimai-siyasi proseslərə sərbəst, fərqli baxışı olan abituriyentin imtahandan keçmə şansı şübhə altındadır. Bundan başqa, Münsiflər Heyətində kimlərin təmsil olunacağı da maraq doğurur: “Bu adamların müasir media təcrübəsi ilə hansı bağlantıları var? Baxaq görək kimlər olacaq? Mətbuat Şurasından, redaksiyalardan və universitet müəllimlərindən adamlar olacaq. Kriteriyalar dəqiq deyil. Bir də ki, məqsəd nədir? İşə qəbulda yaradıcı tur edək. Amma bununla söz azadlığı haqqı tapdanır. Ona görə bütün dünyada söz və mətbuat azadlığı ilə bağlı təzad yaratdığı üçün jurnalistika fakültələrinə qəbulda yaradıcı turdan istifadə etmirlər”.
Sevinc TELMANQIZI  
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Leyla Yunusun qızı BMT və demokratik ölkələrə müraciət etdi

Next Post

Anjey Kaspşik azərbaycanlı girovlardan danışdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Anjey Kaspşik azərbaycanlı girovlardan danışdı

Avropa Birliyi bu gün Rusiyaya qarşı sanksiyaları təsdiqləyəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.