“Avropa İttifaqının dərc etdiyi yeni hesabat hava çirkliliyi probleminin ölümcül təsirlərini ortaya qoyub. Hesabata görə, çirkli hava 2021-ci ildə təxminən 400 min insanın ölümünə səbəb olub.
Elchi.az xəbər verir ki, Aİ-nin dərc etdiyi yeni hesabat havanın çirklənməsinin dəhşətli nəticələrini ortaya qoyur.
Hesabatda, 2021-ci ildə Avropada təxminən 400 min ölümün havanın çirklənməsi ilə əlaqəli olduğu və hava çirkləndiricilərinin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi səviyyələrə endirilməsi ilə bəzilərinin qarşısının alına biləcəyi ifadə edildi.
Avropa Ətraf Mühit Agentliyi (EEA) Avropa İttifaqı daxilində xüsusilə ürək xəstəliyi olan insanlara təsir edən incə hissəciklərin çirklənməsinin 2021-ci ildə 253 min insanın ölümünə səbəb olduğunu bildirib. Azot dioksidin çirklənməsi diabetli insanlar üçün ən çox zərərlidir və 55.000 ölümlə nəticələnib. Bundan əlavə, qısamüddətli ozona məruz qalma 22 min insanın ölümünə səbəb oldu.
Nuranə Məmmədova




