Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində Qərb ölkələrini Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə sülh danışıqlarına sövq etməyə çağırıb.
Elchi.az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.
“Gəlin bu qırğını dayandıraq, ukraynalıları onların iradəsi olmadan orduya çağırmağı dayandıraq, ora pul və silah göndərməyi dayandıraq, Zelenskini (…) danışıqlara məcbur edək”, – o yazıb.
Filippo həmçinin anti-Rusiya sanksiyalarının götürülməsinə və Moskva ilə dialoqun başlanmasına çağırıb.
Siyasətçi daha əvvəl demişdi ki, Avropa İttifaqının Kiyevə makromaliyyə yardımı proqramı dəlilikdir, çünki Ukrayna tamamilə korrupsiyalaşıb.
Nuranə Məmmədova






