Qətərin şəxsi təyyarəsi İsrailin Ben Qurion hava limanına eniş edib.
Elchi.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazır.
Təyyarənin Kiprin Larnaka şəhərindən Təl-Əvivə uçduğu bildirilir . Onunla bağlı başqa məlumat hələlik verilməyib.
Nəşr İsrail və HƏMAS arasında girovların azad edilməsi ilə bağlı danışıqlarda Qətər və Misirin mühüm rol oynadığını vurğulayıb.
Nuranə Məmmədova






