Pakistanın Kəraçi şəhərində ticarət mərkəzində baş verən yanğında 11 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Pakistanın Kəraçi şəhərində 6 mərtəbəli ticarət mərkəzinin dördüncü mərtəbəsində yanğın baş verib.
Yanğın baş verən zaman alov 60 nəfərin olduğu mərtəbəni sürətlə bürüyərkən, hadisə zamanı 11 nəfər həyatını itirib. Qısa müddətdə hadisə yerinə gələn yanğınsöndürənlər binada olan 35 nəfəri təxliyə edə bilib. Yanğının generatordan çıxması ehtimalını nəzərə alan səlahiyyətlilər, ölənlərin boğulma və yanıq nəticəsində baş verdiyini, yaralıların bəzilərinin təxliyə zamanı pilləkənlərdən yıxıldığını, bəzilərinin isə bədənlərində yanıqların olduğunu bildirib.
Kəraçi Bələdiyyə Başçısı “Murtaza Wvahab” məsələ ilə bağlı açıqlamasında 11 nəfərin həyatını itirdiyini təsdiqləyib.
Nuranə Məmmədova






