İran təqvim ilinin sonuna qədər (20 mart 2024-cü il) kosmosa 5 yeni peyk göndərməyi planlaşdırır.
Elchi.az bu barədə Tasnimnews.com-a istinadən xəbər verir.
Bu barədə İran İslam Respublikasının informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur məlumat verib.
“İlin sonuna qədər Yerin orbitinə 5 yeni peyk göndəriləcək… Biz SEPA-dan 2, Müdafiə Nazirliyindən 2 və xarici peyklərdən 1-i orbitə çıxaracağıq. Ümumilikdə 5 peyk orbitə çıxarılacaq”, – deyə Zarepur bildirib.
Yeganə






