Moskva ABŞ-ın Nevada nüvə poliqonunda həyata keçirə biləcəyi mümkün nüvə sınaqları ilə bağlı hadisələri diqqətlə izləyir.
Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz bu vəziyyətin inkişafını həqiqətən izləyəcəyik. Rusiya prezidentinin dəfələrlə bəyan etdiyi nüvə silahı və onlardan istifadə ilə bağlı bizim prinsipial mövqeyimizi sizə xatırlatmaq istəyirəm ki, bu, bizim doktrina sənədlərimizdə təsbit olunub”.
Nuranə Məmmədova





