Dünyaca məşhur Fələstin əsilli amerikalı modellər Bella və Gigi Hadidin atası Mohamed Hadid İsrailin Qəzzanı işğal etməsinə görə cənuba qaçan dinc sakinləri televiziyada görəndə anasının 75 il əvvəl yaşadıqlarının ağlında canlandığını deyib.
Elchi.az xəbər verir ki, ikinci Dünya Müharibəsi səbəbiylə Avropadan qaçdıqpdan sonra onları evlərində qonaq edən iki yəhudi mühacir ailəsi tərəfindən qapının ağzına qoyulanda cəmi 9 günlük olan Hadid, İsrailin 7 oktyabrdan bəri Qəzzada davam edən hücumlarını dəyərləndirdi.
Fələstin əsilli iş adamı Hadid bildirib ki, İsrailin Qəzzanı işğal etməsi səbəbiylə mülki vətəndaşların cənuba qaçdığını görmək ona 75 il əvvəl, ailəsi qaçqın düşəndə anasının yaşadıqlarını xatırladır.
Şayəstə Hüseynova






