Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail qüvvələri Livanın cənubunda sərhəd bölgəsində yerləşən Ayta əş-Şaab qəsəbəsi ətrafını raketlərlə vurub.
Elchi.az xəbər verir ki, hücum nəticəsində insan tələfatı və ya maddi ziyanla bağlı məlumat verilməyib.
Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 86 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
İsrail və HƏMAS-ın noyabrın 24-də əldə etdiyi “humanitar fasilədən” sonra İsraillə Hizbullah arasında toqquşmalar əhəmiyyətli dərəcədə azalıb.
Şayəstə Hüseynova






