Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor “Judging Freedom” YouTube kanalı ilə söhbətində Rusiya ilə münaqişə bitdikdən sonra Ukrayna prezidenti Vladimir Zelenskini nələrin gözlədiyini proqnozlaşdırıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
“Düşünürəm ki, o Mussolininin taleyini təkrarlayacaq. Bu, göz qabağındadır”, – deyə o, proqnozlaşdırıb.
Makqreqorun sözlərinə görə, Ukrayna lideri qaçmağa qərar versə belə, cəzadan xilas olmayacaq. keçmiş müşavir vurğulayıb ki, bütün dünya Zelenskinin nə qədər korrupsioner olduğunu, eləcə də onun əslində necə “iyrənc insan” olduğunu görəcək.
Bir müddət əvvəl keçmiş analitik Larri Conson Qərbin Zelenskiyə və onun rəhbərlik etdiyi respublikaya ehtiyac duymadığını açıq şəkildə bildirdiyini bildirib. Onun sözlərinə görə, ölkə münaqişəni davam etdirmək iqtidarında olmadığından prezidentə ehtiyac aradan qalxıb.
Conson həmçinin vurğulayıb ki, Ukraynanın Rusiya ilə sülhdən imtina etməsi respublikanın Xarkov və Odessanı itirməsinə gətirib çıxaracaq.
Havar Şəfiyeva






