İsrail-Fələstin münaqişəsi zonasında humanitar atəşkəs həll yolu deyil; BMT atəşkəs və bütün girovların dərhal azad edilməsinə çağırmaqda davam edir.
Elchi.az xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibi Antonio Quterreş Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat ilə birgə mətbuat konfransında bildirib.
“Humanitar atəşkəs düzgün istiqamətdə atılan bir addımdır, ümid simvoludur, lakin bu, qarşılaşdığımız əsas problemləri həll etmir. Buna görə də biz bütün məhbusların qeyd-şərtsiz və dərhal azad edilməsinə səbəb olacaq humanitar atəşkəsdə israr edirik. Harada olurlarsa olsunlar, Qəzza xalqına humanitar yardımın çatdırılmasına imkan yaradın”, – Quterreş bildirib.
Nuranə Məmmədova






