Səudiyyə Ərəbistanı rəhbərliyinin hava hücumundan müdafiə sistemini işə salaraq İsrailə qarşı bəzi raket hücumlarını məhv etdiyi iddia edilib.
Elchi.az xəbər verir ki, Almaniyanın “Der Spiegel” jurnalı təhlükəsizlik dairələrinin məlumatlarına əsaslanaraq Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sisteminin İsrailin xeyrinə hava hücumundan müdafiə sistemini dəfələrlə aktivləşdirdiyini iddia edib.
Oktyabrın 7-də HƏMAS-ın İsrailə basqınından sonra Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətləri normallaşdırmaq üçün danışıqlar dayandırılıb. Bu danışıqların böhrandan sonra yenidən davam edə biləcəyi şərh edilib. Qətər və Misir Qəzza böhranında vasitəçi kimi vəzifələrini davam etdirərkən, Səudiyyə Ərəbistanı böhranda daha uzaq bir mövqe tutmağa üstünlük verdi.
Ər-Riyad bu məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, Səudiyyə Ərəbistanının oktyabrın sonunda biri Qırmızı dəniz üzərində, digərini isə Səudiyyə Ərəbistanının hava məkanı üzərindən keçən gecə Yəməndən İsrailə doğru atdığı iki raketi ən azı iki dəfə məhv etdiyi bildirilib.

Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi şiə husilər tərəfindən atılan ballistik raketlərə Amerika istehsalı olan Patriot hava hücumundan müdafiə sistemi və ya Eurofighter döyüş təyyarələrindən atılan İris-T raketləri ilə cavab verir.
ABŞ həmçinin Qırmızı dənizdə yerləşən hərbi gəmilərdən raketlər ataraq husilərin Yəməndən atdığı raketləri də kəsir.
İsrailin Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri normallaşdırmaq qərarından sonra ABŞ-ın təşviqi ilə İsrail və Ər-Riyad arasında danışıqlar başlayıb. İsrail-Qəzza müharibəsi zamanı Səudiyyə vəliəhdi Məhəmməd bin Salman böhrana uzaq münasibəti ilə diqqət çəkib.
Nuranə Məmmədova






