Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) icraçı direktoru Rafael Qrossinin sözlərinə görə, yaxın bir neçə ildə ondan çox ölkə nüvə elektrik enerjisi istehsal edəcək.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
BEA-nın hesablamalarına görə, Paris iqlim sazişinin məqsədlərinə nail olmaq üçün dünyada nüvə reaktorlarının sayını iki dəfə artırmaq lazımdır. Qrossi Parisdə keçirilən Ümumdünya Nüvə Sərgisində bildirib ki, indi təxminən 400 ədəddir.
“Artıq 10 ölkəmiz (atom elektrik stansiyalarının tikintisi ilə bağlı) qərar qəbul etmə mərhələsinə qədəm qoyub, daha 17 ölkə isə qiymətləndirmə mərhələsindədir. Bir neçə ildən sonra 12 və ya 13 yeni nüvə ölkəsi meydana çıxacaq”, – deyə Qrossi əlavə edib.
Qana, Keniya, Mərakeş, Nigeriya, Namibiya, Filippin, Qazaxıstan və Özbəkistan Qrossi tərəfindən potensial yeni nüvə ölkələri adlandırılıb.
Yeganə





