Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin “Mənim həyatım” adlı xatirələr kitabı tezliklə satışa çıxarılacaq.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Kitabdan təqdim olunan hissədə Nazarbayev ikinci ailəyə sahib olduğunu etiraf edib. O, kitabda ikinci həyat yoldaşı Asel İsabayeva ilə görüşlərindən danışıb.
Nazarbayev kitabda qeyd edib ki, ikinci həyat yoldaşını ilk dəfə Taldıkorqanda işgüzar səfəri zamanı görüb. O, dövlət başçısını təyyarənin enişində qarşılayan qızlardan biri idi: “Aeroportda mənə gül hədiyyə edən qız heyrətamiz dərəcədə gözəl idi”,-deyə Nazarbayev ilk görüş anlarını xatırlayır.
Müsəlman adətlərinə görə Nazarbayev Asellə evlənib. Cütlüyün 2005-ci və 2008-ci illərdə dünyaya gələn Tauman və Bayken adlı iki oğlu var. “Atalıq sevinci 65 yaşımda yenidən mənə qayıtdı”,-deyə Nazarbayev bildirib.
Yeganə






