Rusiya prezidenti Vladimir Putin Soçidə gənc alimlərlə görüşündə deyib ki, Rusiya SSRİ-dən fərqli olaraq genetikaya fərqli münasibət bəsləyir.
Elchi.az bu barədə TASS.ru-ya istinadən bildirir.
“Genetikanı imperializmin “pozğun qızı” adlandırırdılar, bəli, belə deyirdilər. Bizim tamamilə fərqli münasibətimiz var – bu, ən perspektivli, son dərəcə vacib tədqiqat sahəsidir”, – deyə Putin bildirib.
Prezidentin sözlərinə görə, genetika, eləcə də süni intellekt hökumətlərin, dövlətlərin və ümumilikdə insan həyatının bir çox fəaliyyət sahələrində tərəqqinin əsasını təşkil edəcək.
“Kim genetikada uğur qazanarsa, nəsil xarakterli əsas keyfiyyət rəqabət üstünlükləri əldə edəcək. Buna görə də, burada heç bir halda vacib bir şeyi qaçırmamalıyıq. Mütləq işləyəcəyik”, – deyə o, görüş iştirakçılarının genetika sahəsində qabaqcıl layihələrə və tədqiqatlara dəstək vermək xahişini cavablandırıb.
Yeganə






