İsrailin zorla evakuasiya etdiyi Qəzzada Nəsr Uşaq Xəstəxanasında körpələrin ölümə buraxıldığı iddiası təsdiqlənib. Qəzza Səhiyyə Nazirliyi xəstəxananın reanimasiya şöbəsində olan körpələrin ölümə buraxıldığını, 5 körpənin isə həyatını itirdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra bildirib.
İsrail qüvvələri bir neçə gün əvvəl Nəsr Uşaq Xəstəxanasını zorla boşaldıb. O, ailələrin uşaqlarını aparmasına mane olub, körpələri ölümə itələyib.
Dubayda yerləşən Məşhəd TV-nin yayımladığı xəbəri Qəzza Səhiyyə Nazirliyi də təsdiqləyib.
İsrail körpələri ölmək üçün Əl Nasser Uşaq Xəstəxanasına qoyub; 5 körpə ölüb.
Onun sözlərinə görə, İsrail qüvvələri körpələri reanimasiyadan çıxarmaqdan imtina edib.
O, vəziyyəti Birləşmiş Millətlər Təşkilatının rəsmilərinə çatdırdıqlarını, lakin heç bir müdaxilə olmadığını bildirib.
“Uşaqlar həftələr əvvəl, İsrail ordusunun xəstəxanaya hücumundan dərhal sonra öldü. Və bu vəziyyət humanitar böhran zamanı yaranıb.”
Əl Məşhəd televiziyasının yayımladığı görüntülər sosial mediada reaksiyalarla qarşılanıb.
Tamaşaçılar dəhşətli görüntülər qarşısında Fələstin qırğınının bir daha şahidi olublar.
Nuranə Məmmədova






