ABŞ ordusuna məxsus “CV-22 Osprey” tipli nəqliyyat təyyarəsinin dünən qəzaya uğramasından sonra Yaponiya bu təyyarələrin təhlükəsizliyinin təsdiqlənməsini istəyib.
Ölkənin cənubunda qəzaya uğrayan ABŞ ordusuna məxsus “CV-22 Osprey” tipli nəqliyyat təyyarəsinin etibarlılığı Yaponiya ictimaiyyəti tərəfindən şübhə altına alınır.
Elchi.az xəbər verir ki, Yaponiyanın müdafiə naziri Kihara Minoru açıqlamasında ABŞ-ı bu təyyarələrin təhlükəsizliyini təsdiqləməyə çağırıb.
Kihara əlavə edib ki, dünənki qəzada nəqliyyat təyyarəsində olan hərbçi həlak olub.
Müdafiə Nazirliyindən verilən açıqlamada bu təyyarələrin hələlik yerdə saxlanılacağı bildirilib.
Paytaxt Tokionun qərbində yerləşən Yokota Hava Bazasına məxsus “Osprey” tipli nəqliyyat təyyarəsi ölkənin cənubundakı Yakuşima adasının sahillərində radarlardan itib.
ABŞ Hərbi Hava Qüvvələri adi təlim missiyası zamanı baş verən qəzanın səbəbinin araşdırıldığını açıqlayıb.
Nuranə Məmmədova






