İngiltərədə Nottingem Şəhər Şurası büdcədəki “əhəmiyyətli kəsir” səbəbiylə faktiki olaraq müflis olduğunu elan etdi.
Elchi.az xəbər verir ki, Nottingem Bələdiyyəsinin yerli hökuməti tərəfindən edilən açıqlamada, bələdiyyənin bu il büdcəsini tarazlaşdırmaq üçün qanuni öhdəliyini yerinə yetirə bilməyəcəyi bildirilib.
Bəyanatda qeyd olunub ki, ana müxalifətdəki Leyboristlər Partiyasının idarə etdiyi bələdiyyə yerli özünüidarəetmə qanununun 114-cü maddəsini qüvvəyə mindirməklə özünün faktiki iflasını elan edib.
Birmingem Şurasının sentyabr ayında büdcə kəsiri səbəbiylə iflas elan etməsindən sonra Nottingem Şurası bu il iflas edən ikinci yerli hökumət oldu.
Nuranə Məmmədova






