Kremlin sözçüsü Dmitri Peskov Bolqarıstan hakimiyyətinin Rusiya Xarici İşlər Nazirliyinin təyyarəsində Mariya Zaxarovanın olması səbəbindən səmanı bağlamaq qərarını şərh edib.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Sergey Lavrovun başçılıq etdiyi Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün dünən Şimali Makedoniyanın paytaxtı Skopyeyə gəlib.
Nümayəndə heyətinə Mariya Zaxarova da daxil idi və bu, Bolqarıstan tərəfinin Bolqarıstanın hava məkanından uçuşları qadağan etməsinə səbəb oldu. Təyyarə marşrutunu dəyişdi və Yunanıstan səmasını keçərək sağ-salamat Skopyeyə çatdı.
“Əlbəttə, Bolqarıstanın belə mövqeyi çətin ki, heç nə ilə izah oluna bilməz – bu, birincisidir. İkincisi, heç bir çərçivəyə sığmır. Üçüncüsü, bu, tamamilə absurddur və hətta demək olar ki, axmaqlıqdır”, – deyə Peskov bildirib.
Yeganə






