Avropa İttifaqı və ABŞ-ın Ukraynaya qarşı yürütdüyü siyasətlər nəticə vermir. Elchi.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko özünün “Facebook” səhifəsində nəşrində bildirib.
“Mən səfirlərə Slovakiyanın daxili prioritetlərini, həmçinin Aİ və ABŞ strategiyasının indiyə qədər açıq şəkildə işləmədiyi Ukraynadakı müharibəyə baxışımı izah etdim” – deyə o bildirib.
Bundan əvvəl Slovakiya Xarici İşlər Nazirliyinin rəhbəri Yuray Blanar bildirib ki, Ukraynadakı vəziyyətin ən yaxşı həlli atəşkəs və sülh danışıqlarının başlanması olacaq.
Havar Şəfiyeva






