İsrail Həmas islamçı qruplaşmasının Qəzzada terror üstünə terrorla hücumuna cavab verməməlidir. Elchi.az “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə Roma Papası Fransisk İsrail prezidenti İsaak Hersoqla telefon danışığı zamanı bildirib.
Nəşr Vatikanın bəyanatından sitat gətirir: “Telefon danışığı, eyni günlərdəki digərləri kimi, Müqəddəs Atanın Müqəddəs Torpaqdakı münaqişə vəziyyətinin şiddətini və miqyasını məhdudlaşdırmaq səyləri kontekstində baş verib”.
Mənbələrə istinadən xəbər verilir ki, Papanın terror haqda sözləri İsrail prezidentinin qəzəbinə səbəb olub. O, Fransisə belə sözlərin qəbuledilməz olduğunu və İsrailin Qəzzada dinc sakinlərin təhlükəsizliyi üçün hər şeyi etdiyini deyib.
Havar Şəfiyeva






