“ATƏT-də üstünlük təşkil edən məntiq ondan ibarət idi ki, Rusiyanın iştirakı olmadan Avropada təhlükəsizlik məsələlərini müzakirə etmək mümkün deyil”.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 24” telekanalının efirində deyib.
“Məntiq belədir ki, Rusiya olmadan Avropa qitəsinin problemlərini bütövlükdə təhlükəsizlik və əməkdaşlıq baxımından müzakirə etməyin mənası yoxdur”, – deyə rusiyalı diplomat bildirib.
Onun sözlərinə görə, Avropa Rusiyanın əhəmiyyətinin təkcə coğrafi baxımdan deyil, həm də enerji, iqtisadiyyat, təhlükəsizlik və humanitar sahədə olduğunu anlamağa başlayıb.
Zaxarova hesab edir ki, ATƏT-in bu cür addımları təşkilatın davamlı mövcudluğu üçün şəffaf şansın olduğunu göstərə bilər.
Yeganə






