Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib ki, Qərb dövlətləri Rusiyanı parçalamaq və xalqlarını məhv etmək istəyir. Elchi.az TASS-a istinadən xəbər verir ki, o, bu fikrini Aleksandr Şipkovun “Yarımçıq nasizm” kitabına yazdığı ön sözdə bildirib.
Onun fikrincə, Qərb ölkələri indi Rusiya ilə qarşıdurmanın yeni mərhələsinə qədəm qoyub.
Patruşev daha əvvəl bildirib ki, Qərb Ukraynanın köməyi ilə Rusiyaya qarşı hibrid müharibə aparır. Onun fikrincə, buna qarşı çıxmaq üçün Rusiyanın regionlarında ictimai-siyasi sabitliyə təhdidləri neytrallaşdırmaq üçün əlavə tədbirlər görmək lazımdır.
Havar Şəfiyeva






