Finlandiya Xarici İşlər Nazirliyi biznes nümayəndələri üçün anti-Rusiya sanksiyalarının praktiki tətbiqi ilə bağlı onlayn kurslar təşkil edib. Elchi.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş departamentin press-relizindən məlum olub.
Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Elina Valtonen qeyd edib ki, kursun məqsədi Rusiyaya qarşı qüvvədə olan məhdudiyyətlərin effektivliyini artırmaqdır. Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar görünməmiş dərəcədə genişdir və bu, sanksiyaların praktiki həyata keçirilməsində problemlər yaradır. Məhdudiyyətlərin effektivliyi nöqteyi-nəzərindən sanksiyaların həm şirkətlər, həm də səlahiyyətlilər tərəfindən düzgün tətbiq oluna bilməsi son dərəcə vacibdir.
Mesajda qeyd edildiyi kimi, hər kəs iki saatlıq kursda iştirak edə bilər və kursu bitirdikdən sonra iştirakçı sertifikat alır.
Qeyd edək ki, bundan əvvəl Finlandiya hakimiyyəti Rusiya ilə transsərhəd əməkdaşlığa dair sazişi ləğv etmişdi. Məlumdur ki, bu qərar Rusiya hökumətinin oxşar hərəkətlərinə cavab idi.
Havar Şəfiyeva






