Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi ilə keçirdiyi konfransda əks-hücumun başlanmasından bəri Ukrayna hərbçilərinin itkiləri barədə məlumat verib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
“Düşmən 125 mindən çox insan itirdi”,- deyən S.Şoyqu qeyd edib ki, bu, qondarma əks-hücumun altı aylıq məlumatlarıdır.
Bundan əlavə, Şoyqu bildirib ki, bu müddət ərzində Ukrayna Silahlı Qüvvələri 16 min ədəd müxtəlif silahlar itirib.
Eyni zamanda, o, qeyd edib ki, Ukraynada total səfərbərlik və strateji ehtiyatların döyüşə yeridilməsi döyüş meydanında vəziyyəti dəyişməyib və yalnız Ukrayna Silahlı Qüvvələrinin bölmələrində itkilərin sayını artırıb. Rusiya Federasiyasının müdafiə naziri Rusiya qoşunlarının qruplarının düşmənə verdiyi effektiv və güclü atəş məğlubiyyətindən sonra Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə azaldığına diqqət çəkib.
“Biz fəal müdafiəni davam etdirəcəyik və Silahlı Qüvvələrin döyüş potensialını artıracağıq”, – deyə Şoyqu bildirib.
Yeganə





