İsrail Həmas islamçı qruplaşmasına qarşı əməliyyatı bir ildən çox çəkməyi planlaşdırır, döyüşlərin ən ağır hissəsi 2024-cü ilin əvvəlində baş verir. Elchi.az bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayır.
Qəzet qeyd edir ki, “İsrail HƏMAS-a qarşı kampaniyanı bir il və ya daha çox davam etdirməyi planlaşdırır, quru hücumunun ən intensiv mərhələsi 2024-cü ilin əvvəlində başlayır”.
Materialda həmçinin qeyd olunur ki, İsrail Qəzza zolağının cənub hissəsində əməliyyat keçirmək barədə bir neçə həftədir ki, ABŞ-la danışıqlar aparır. Hazırda Vaşinqton hərbi əməliyyatların təxirə salınmasına yekun razılığını verməyib. İsrail komandanlığının məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin qoşunları qaçılmaz olaraq bölgənin cənub hissəsinə daxil olacaq.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Qəzzada döyüşlərin bərpasının fəlakətli olduğunu bildirib. Onun sözlərinə görə, münaqişə tərəflərinə təsiri olan dövlətlər atəşkəsi təmin etmək üçün dərhal səylərini artırmalıdır. Bu, həm humanitar səbəblərdən, həm də insan hüquqlarının təmin edilməsindən ötrü edilməlidir.
Havar Şəfiyeva






