Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ev sahibliyi etdiyi COP28 İqlim Sammitinin 2-ci günündə “Dayanıqlı Kənd Təsərrüfatı, Dayanıqlı Qida Sistemləri və İqlim Fəaliyyəti” bəyannaməsi dərc edilib.
Elchi.az xəbər verir ki, BƏƏ- nin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının bəyannaməsi dərc olunub.
Ərzaq təhlükəsizliyini dəstəkləmək üçün ABŞ Dövlət Katibi Entoni Blinken, İndoneziya Prezidenti Coko Vidodonun rəhbərlik etdiyi sammitin xüsusi sessiyasında “Dayanıqlı Kənd Təsərrüfatı, Davamlı Qida Sistemləri və İqlim Dəyişikliyi ilə Mübarizə Fəaliyyəti” mövzusunda bəyannamə qəbul edilib.
İtaliyanın Baş naziri Giorgia Meloni və Müstəqil Samoa Dövlətinin Baş naziri Fiame Naomi Mataafa 2,5 milyard dollardan çox maliyyə ayrıldığını bildirib.
Açıqlamada, Bill və Melinda Gates Fondunun iqlim dəyişikliyinin səbəb olduğu qida təhlükəsizliyi və qidalanma problemlərinə həll yolları tapmaq üçün 200 milyon dollar ayırmaq üçün COP28-ə ev sahibliyi edən BƏƏ ilə əl sıxdığı ifadə edildi. Bildirilib ki, qida sistemləri, kənd təsərrüfatı innovasiyası və iqlim fəaliyyəti üçün qurulan 200 milyon dollarlıq tərəfdaşlıq kənd təsərrüfatı tədqiqatlarına, kənd təsərrüfatı innovasiyalarının artırılmasına və bəyannamənin həyata keçirilməsi üçün texniki yardımın maliyyələşdirilməsinə yönəldiləcək.
Bəyannamədə qeyd olunub ki, BƏƏ-də 134 ölkə tərəfindən imzalanmış bəyannamə təsdiq edilməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qida sistemlərini gücləndirmək, iqlim dəyişikliyinə qarşı dayanıqlığı artırmaq, qlobal emissiyaları azaltmaq və aclıqla qlobal mübarizəyə töhfə vermək məqsədi daşıyır.
İşlədiyi mövzulara görə əvvəlki növlərindən fərqlənən bəyannamədə dünya əhalisinin böyük bir hissəsinə, xüsusilə həssas ölkələr və icmalarda yaşayanlara mənfi təsir göstərən iqlim dəyişikliyinə qarşı birgə fəaliyyətin zəruriliyi vurğulanıb. Bildirilib ki, bəyannaməni imzalayan ölkələr iqlim dəyişikliyi ilə mübarizə üzrə milli planlarında qida və kənd təsərrüfatından yaranan istixana qazlarının emissiyalarını nəzərə alacaqlarına söz veriblər.
Nuranə Məmmədova






