ABŞ Geoloji Xidməti Filippin sahillərində 7 bal gücündə zəlzələ olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Mindanao adasının şərq sahillərində 7 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb.
Yerin təxminən 10 kilometr dərinliyində baş verən zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Filippin “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.
Nuranə Məmmədova






