Keçmiş prezidentin sözlərinə görə, Oskarları De Niro və “digər axmaqlar” məhv edib.
Elchi.az xəbər verir ki, aktyor və prodüser Robert De Niro bu yaxınlarda ABŞ-ın keçmiş prezidenti Donald Trampı tənqid edib. Eks-prezident buna cavab olaraq aktyoru tam uduzmuş şəxs adlandırıb.
Xatırladaq ki, Robert De Niro Gotham mükafatlarının təqdimetmə mərasimində ABŞ-ın keçmiş prezidenti Donald Trampı tənqid etmişdi. “Keçmiş prezident Ağ Evdə işlədiyi dörd il ərzində bizə otuz min dəfə yalan danışıb. Və o, yeni intiqamçı kampaniyasında yalan danışmağa davam edir, lakin heç bir yalan onun əsl ruhunu gizlədə bilməz”, – deyə o, yekunlaşdırıb.
Şayəstə Hüseynova






