Türkiyə ilə Qətər arasında Ali Strateji Komitənin Doqquzuncu Toplantısı üçün Qətərə səfər edən prezident Rəcəb Tayyib Ərdoğan Əmirlik Şurasında Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.
Elchi.az xəbər verir ki, Prezident Ərdoğan Qətər əmiri Şeyx Təmim tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Prezident Ərdoğan və Qətər Əmiri Şeyx Təmim mərasim sahəsində yerlərini aldıqdan sonra iki ölkənin dövlət himnləri səsləndirilib.
Qətər Əmiri Şeyx Təmimlə fəxri qarovul dəstəsini ziyarət edən prezident Ərdoğan əsgərləri salamlayıb. İki ölkənin nümayəndə heyətlərinin tanışlığından sonra prezident Ərdoğan və Qətər Əmiri Şeyx Təmim arasında təkbətək görüş olub.
Nuranə Məmmədova






