Çinin Sıçuan əyalətinin paytaxtında Çenqdu Elmi Fantastika Muzeyi açılıb. Muzeyin ən mühüm xüsusiyyəti onun su üzərində üzmək üçün nəzərdə tutulmasıdır.
Elchi.az xəbər verir ki, “Chengdu” Elmi Fantastika Muzeyi yeddi guşəli metal ulduz şəklində dizayn edilmişdir.

Dinamik dizayna malik muzey baxıldığı istiqamətdən asılı olaraq dəyişən görünüşü ilə diqqət çəkir.
Muzey Worldcon adlanan Dünya Elmi Fantastika Konqresinə ev sahibliyi etmək üçün nəzərdə tutulmuşdur.
59.000 kvadratmetr ərazini əhatə edən muzey Sidney Opera Evindən üç dəfə böyükdür.
Layihə menecerlərindən Paulo Flores deyir ki, bu böyüklükdə bir strukturun qurulması 4-5 il çəkməlidir. Flores muzeyin tikintisinin 12 ay ərzində tamamlandığını bildirir.
Dizaynlarında elmi-fantastikanın hər zaman əhəmiyyətli bir qaynaq olduğunu bildirən Flores, layihənin inşasında gələcəyi yalnız görünüşdə deyil, texnoloji cəhətdən də əks etdirmək istədiklərini bildirir.
Nuranə Məmmədova






