ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsi prezident Co Baydenin oğlu Hunter Baydenin şirkəti olan Owasco PC-nin ABŞ prezidentinə ödənişlər etdiyini göstərən bank qeydlərini açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Komitəsi prezident Co Baydenin ailəsini korrupsiyada ittiham edib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin mətbuat şərhinə görə, Komitənin sədri Ceyms Komer Owasco PC-nin prezident Baydenə aylıq ödənişlər etdiyini göstərən bank qeydlərini paylaşıb.
İndiyə qədər ən azı 20 qabıq şirkəti müəyyən edən Komitə, Bayden ailəsinin 2015-2019-cu illər arasında Co Baydendən “brend” olaraq istifadə edərək 24 milyon dollardan çox qazandığını müəyyən etdi.
Komitə Owasco PC-nin Çin dövlətinə bağlı şirkətlərdən ödənişlər aldığını müəyyən edib.
Nuranə Məmmədova






