
Son günlər ölkədə yaşanan manat böhranı iri sahibkarlardan sadə vətəndaşa qədər hər kəsin yuxusunu qaçırıb. İnsanlar həyəcanla proseslərin hansı istiqamətdə gedəcəyini gözləyirlər.
Valyutadəyişmə məntəqələrindəki xaos, ərzaq bazarında işbazların süni qiymət artımları, əhalinin dollarla aldığı kreditlər, manatla saxladıqları əmanətlərin taleyi cavabsız suallar yaradır. Bəs, bu böhranın həlli yolu nədir?
İqtisadçı ekspert Vüqar Bayramov musavat.com-a müsahibəsində mövcud durumdan çıxış yolunu göstərib.
Ekspertin maraqlı təkliflərini aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz.



