"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nəhayət, biz də təriflədik

24 Fevral 2015 - 14:08
in KÖŞƏ YAZILARI

Natiq Muxtarlı email: natiq_muxtarli@mail.ruNatiq.M

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Bizi həmişə ona görə tənqid edirlər ki, Azərbaycan futbolundakı hər zadı tənqid edirik. Guya biz qaradan başqa rəng görmürük. Düzünü deyəcəm, hərdən özümüz özümüzdən şübhələnirdik də… Bəzən bununla bağlı Komanda.az-ın redaksiyasında müzakirə də açırdıq. Ki, biz niyə hər zadı tənqid edirik. Yenə də düzünü deyəcəm, AFFA Berti Foqtsu yalvar-yaxarla Azərbaycandan uzaqlaşdırandan sonra dalağım sancmışdı. Sancmışdı ki, biz də nəhayət, tərif yazacağıq. Hələ onda hiss etmişdim ki, qurum rəhbərliyi bundan sonra güngörməz yerləriylə yox, başları ilə düşünmək niyyətinə varıblar. Sonra Məşqçilər Komitəsi, Klublar Komitəsi yaratdılar. Sonra bu Klublar Komitəsi cavan-cuvan oyunçuların məvacibinə limit tətbiq edilməsi təşəbbüsüylə çıxış etdi. Etiraf edim ki, komitə bu təşəbbüslə çıxış edərkən yenə də dalağım sancdı. Nöşün ki, belə təklifi ancaq güngörməz yerləriylə fikirləşənlər irəli sürə bilərdi. Başları ilə fikirləşsəydilər, cavan-cuvanların məvacibinin məhz limit tətbiqindən sonra artdığını bilərdilər. Klublara məcburi qaydada “21 və 23 yaşa qədər futbolçuları oynatmalısan” göstərişinin verilməsini deyirəm ey. Adamlar bu qadağanı ləğv etməmiş, məvaciblərə limit tətbiq olunması haqqında fikirləşirlər.

Yenə də “bunlar başla fikirləşən qozbel deyillər” düşüncəsinə təslim olmaq istəyirdik ki… AFFA-nın rəsmi saytında cavan-cuvanın alacağı məvacibə tətbiq olunacaq limitlə bağlı yerləşdirilmiş məlumat diqqətimizi cəlb etdi. Oxuduq və “əhsən” dedik. Bax, buna deyərəm kreativ düşüncə. Sən demə, bunlar başla fikirləşə, sağlam ideyalar irəli sürə, dəqiq analizlər, müqayisələr apara bilirmişlər.

Elxan Məmmədov azərbaycanlı futbolçulara tətbiq olunacaq məvaciblə bağlı geniş araşdırma aparıb. Müqayisə faktoru kimi də Avstraliya Reqbi Liqasını, Yeni Zelandiya Reqbi Liqasını, Avstraliya Basketbol Liqasını, ABŞ-ın qadın və mini-futbol liqasını, NBA və NXL-i seçib.

Adamın düşüncə sərhədlərini dəlmədeşik edən kreativ baxışına heyran olmamaq mümkünsüzdü. İndi Komanda.az-ın redaksiyasında müzakirə açmışıq. Ki, bu adamın parlaq düşüncəsini niyə indiyə qədər görməmişik. Allah “nemes”ə lənət etsin. Yəqin ki, o gözlərimizi bağlayıbmış. Sizi inandırım ki, dünyanın heç bir futbol federasiyasında heç bir məmur belə kreativ düşüncəyə sahib ola bilməz.

Heç şübhəsiz ki, belə müqayisədən sonra AFFA cavan-cuvanın məvacibinə limit təbiq edəcək. Yoxsa nainsafçılıq olar. Amma bizi narahat edən bir məqam var axı. Deyək ki, AFFA avstraliyalı reqbiçiləri nümunə gətirib, azərbaycanlı futbolçuların məvacibinə limit təbiq edəcək. Klublar da kağız üzərində bu limitə əməl edəcəklər. Yenə də “əmma”… Avstraliyada, ABŞ-da, Yeni Zelandiyada “paket sistemi” deyilən anlayış yoxdu axı bizcə. Bəlkə də var, biz yox, Elxan Məmmədov bilir. Bax, AFFA-nın ideyasını və müqayisəsini təriflədik ha, sonra deməyin ki, hər zadda bir “əmma” axtarırsız.

P.S. Kreativ düşüncə – bilik və təcrübələrə müxtəlif tərzdə yanaşma bacarığıdı. Dəlilik, ağılsızlıq və mümkünsüz kimi görünən fikirlər əslində yeni ideyaların ilk addımlarıdı.
“Kreativ insan çoxbilmiş olmaq istəyən insandı”. Bunu da məşhur reklamçı Karl Cozef Alli deyib. Elxan Məmmədov onu tanımamış olmaz.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vüqar Bayramov manat böhranından çıxış yolunu göstərdi – VİDEO

Next Post

Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul etdi

“Elnurun səhhətində ciddi problem yaranıb”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.