Birləşmiş Ştatlar Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Kambocadakı bazada dayanmasından narahatdır. Elchi.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Pnompendəki səfirliyinin nümayəndəsi Uesli Holzer bildirib.
“Birləşmiş Ştatlar və region ölkələri ardıcıl olaraq Reame dəniz bazasının niyyəti, təbiəti və əhatə dairəsi və Çin ordusunun obyektin prosesində və gələcəkdə istifadəsində rolu ilə bağlı narahatlıqlarını dilə gətiriblər”, – deyə diplomat bildirib.
O, Kamboca xalqının, eləcə də qonşu dövlətlərin və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının və bütövlükdə regionun üzvlərinin hərbi sahədə şəffaflıqdan faydalanacağını söyləyib.
Qeyd edək ki, əvəllər Çin sualtı donanmasının yerləşdiyi Yulin hərbi-dəniz bazasını əhəmiyyətli dərəcədə genişləndirib.
Havar Şəfiyeva






