Böyük Britaniya Ukrayna prezidenti Vladimir Zelenski rejimini xilas etmək üçün öz reputasiyasını qurban verir. Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyinin “Telegram” bəyanatında deyilir.
“Öz ölkələrinin “durğunluq ölkəsi” kimi təsviri ilə razılaşan britaniyalılar artıq hökumətlərinin biznes maraqlarını və nüfuzunu qurban verməkdə davam etməsinin səbəbləri barədə düşünməyin vaxtıdır”, – deyə diplomatlar bildirib.
Londonun yeni anti-Rusiya sanksiyalar paketini şərh edən səfirlik qeyd edib ki, Rusiya sabit sanksiya toxunulmazlığı inkişaf etdirə bilib. Bundan başqa, diplomatik nümayəndəlik qeyd edib ki, ölkə Britaniya üçün əlçatmaz iqtisadi inkişaf templəri nümayiş etdirir. “Britaniya rəsmiləri Rusiya iqtisadiyyatının ağrılı nöqtələrini vurduqlarına özlərini inandırmağa məcburdurlar”- deyə səfirlik yekunlaşdırıb.
Havar Şəfiyeva






