"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prokuror erməni diversanta 18 il həbs cəzası istədi

07 Dekabr 2023 - 15:39
in XƏBƏR LENTİ

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesinin ilk baxış iclası keçirilir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az verir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Müşfiq Rəhimov ittiham aktını elan edəcək.

***

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə dekabrın 7-də keçirilən məhkəmə prosesində ittiham aktı elan olunub.

***

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviç qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan ərazisinə odlu silah və döyüş sursatını gizli keçirib, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər edib.

Bu barədə Voskanyan Qagik Aşotoviçin ittiham aktında qeyd olunub.

Aktda göstərilib ki, aparılmış ibtidai istintaq zamanı müəyyən olunub ki, Voskanyan Qagik Aşotoviç qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla, iki və ya daha çox zərərçəkmiş şəxsi xidməti vəzifəsinin yerinə yetirməsi, eləcə də, terrorçuluqla əlaqədar, habelə milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə odlu silahdan istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan digər hərəkətlər törətməklə terrorçuluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hərbi silahı, o cümlədən odlu silah və döyüş sursatını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmiş, zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmiş,habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, özündə saxlamış və daşıyaraq gəzdirib.

***

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə dekabrın 7-də keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verib.

Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən proses davam edir.

***

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hazırda təqsirləndirilən şəxs Voskanyan Qaqik Aşotoviç ifadə verib.

Eyni zamanda, təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə elan edilib.

İfadəsinə görə, o, 2023-cü ilin yayında Ermənistanda hərbi postlarda mühafizəni təşkil etmək üçün əsgər çatışmazlığı səbəbindən İrəvan Hərbi Komissarlığı tərəfindən səfərbərliklə iki həftəlik müddətli həqiqi hərbi xidmətə cəlb olunub.

Belə ki, Q.Voskanyan, 16.08.2023-cü il tarixdə saat 04 radələrində özbaşına postu tərk etdikdə, oradan uzaqlaşmasına kiminsə müqavimət göstərəcəyi təqdirdə müdafiə olunmaq niyyətilə əynindəki zirehli gödəkçəni çıxarmadan ona təhkim edilmiş silah-sursatı da özü ilə götürüb.

Postdan çıxıb dağ relyefli ərazidə təkbaşına təxminən iki kilometr məsafə qət etdikdən sonra artıq havanın qaranlıq vaxtı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə rastlaşıb. Belə ki, havanın qaranlıq olmasına baxmayaraq, təxminən 50 metr məsafədən 6-7 nəfərin Azərbaycan dilində danışdığını eşidib. Elə bu vaxtı normal yerişlə qarşı tərəfdən gələn Azərbaycan hərbi qulluqçuları onun da azərbaycanlı olduğunu zənn edərək, “salam qardaş” ifadəsi ilə salamlayarkən, onlara rus dilində “privet” cavabını verib. Onun “privet” cavabından Azərbaycan hərbçilərinin şübhələndiyini anlasa da, azərbaycanlı hərbçilər onun istiqamətində normal yerişlə hərəkətlərini davam etdirib, bununla belə o, əlindəki pulemyotun qoruyucusunu açaraq silahı döyüş vəziyyətinə gətirib Azərbaycan hərbi qulluqçularına tərəf 2-3 dəfə tək-tək rejimdə atəşlər açıb.

O ifadəsində göstərib ki, atəş açmaqla həmin şəxsləri şüurlu surətdə öldürməyə yol verib, lakin düzgün nişan ala bilmədiyindən və atəş açdığı şəxslər atəşlərdən yayındığından atdığı güllələr onlara dəyməyib.

Bu zaman azərbaycanlı hərbçilər ətrafa dağılışıb özləri üçün əlverişli döyüş mövqelərinə çəkildikdə, ona qarşı müqavimət göstərilmədiyi halda atəş açmasından qorxduğu üçün geri qaçmağa başlayıb və atəş açdığı yerdən 5-7 dəqiqə müddətində təxminən bir kilometr məsafədə uzaqlaşaraq dərədə gizlənib.

O, əlindəki pulemyotu atəş vəziyyətində saxlayıb ona tərəf gələn 2-3 nəfəri müşahidə edərkən, Azərbaycan hərbçilərinin atəş açmadan onu yaxalamaq istədiyini anladığından o, təslim olmamaq qərarına gəlib. Müqavimət göstərmək məqsədilə əvvəlcə isti qış və zirehli gödəkçəsini əyninə geyinib, ardınca isə Azərbaycan hərbi qulluqçuları istiqamətində bir neçə atəş açıb. Yalnız bundan sonra onu öldürmədən tərksilah etmək məqsədilə üzərinə gələn üç Azərbaycan hərbçisindən birinin açdığı atəş nəticəsində ayağından yaralanaraq, ardınca yaxalanıb.

***

Dövlət ittihamçısı Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edib.

Prokuror təqsirləndirlilən şəxs Qaqik Voskonyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, cəzasının ilk 5 ilini ümumi, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyib?

Next Post

Peskov: “Putin prezident seçkilərində iştirakla bağlı açıqlama verməyib”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Peskov: "Putin prezident seçkilərində iştirakla bağlı açıqlama verməyib"

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.